FIFA reytinqi: Millimiz irəlilədi

17:32 - 26 Oktyabr 2023

FIFA milli komandaların yeni reytinq cədvəlinin açıqlayıb.

Sportal.az xəbər verir ki, Azərbaycan yığma komandası 1155.91 xalla 120-ci sırada qərarlaşıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv ötən ayla müqayisədə bir pillə irəliləyib.

Millimiz sentyabr ayında səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib, Bakıda isə Avstriya seçməsinə 0:1 hesabı ilə uduzub.

Reytinq cədvəlinə 1861,29 xalla son dünya çempionu olan Argentina yığması başçılıq edir. Fransa ikinci, Braziliya isə üçüncüdür.

Xəbər xətti