Fələstinə görə klubundan qovulan futbolçu "Beşiktaş"a keçə bilər

13:53 - 26 Noyabr 2023

"Maynts"dan ayrılan Ənvər El Qazi karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 28 yaşlı vingerin xidmətində "Beşiktaş" maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisi hazırda azad agent statusunda olan niderlandlı ön xətt oyunçusu ilə danışıq aparır.

Qeyd edək ki, "Maynts" Fələstini dəstəkləyən paylaşım etdiyi üçün Ənvər El Qazinin müqaviləsini ləğv edib.

Xəbər xətti