Azərbaycan təmsilçisi İsveç və Gürcüstan komandaları ilə qarşılaşacaq

17:19 - 7 Dekabr 2023

UEFA Region Kubokunun 2024/2025-ci illər mövsümünün püşkü atılıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, ölkəmizi təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq. Təmsilçimiz ilkin mərəhələnin B qrupunda İsveç və Gürcüstan komandaları ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları gələn ilin iyulun 31-dək keçiriləcək. Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.

Qeyd edək ki, ölkəmizi turnirdə AFFA Region Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olacaq komanda təmsil edəcək.

Xəbər xətti