Belçika millisinin üzvü "Barselona"ya keçə bilər

14:50 - 8 Dekabr 2023

"Barselona" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi "Everton"da çıxış edən Amadu Onanadır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Barselona" 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Everton" Amadu Onananı 2022-ci ilin yayında "Lill"dən transfer edib. Belçika millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti