"Bayer"dən "Bavariya"ya

10:17 - 4 Yanvar 2024

"Bavariya" transfer çalışmalarını davam etdirir.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun yeni hədəfi Conatan Tahdır.

Almaniya nəhəngi qış "transfer pəncərəsi" zamanı "Bayer"dən (Leverkuzen) bu müdafiəçini heyətinə qatmağı planlaşdırır. 

Artıq tərəflər arasında şifahi razılıq əldə edilib və yaxın günlərdə transferin reallaşacağı gözlənilir.

27 yaşlı futbolçu “Hamburq”, “Fortuna”da(Düsseldorf) oynadıqdan sonra 2015-ci ildə “Bayer”ə keçib.

Xəbər xətti