"Mançester Yunayted" "Ayaks"ın hücumçusunu transfer etmək istəyir

14:22 - 12 Yanvar 2024

"Mançester Yunayted" hücum xəttini yeni oyunçu ilə gücləndirməyo planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Ayaks"da çıxış edən Brayan Brobbi ilə maraqlanır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 21 yaşlı forvard üçün yayda Niderland klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Brayan Brobbi "Ayaks"ın yetirməsidir. Niderlan millisinin üzvü cari mövsümdə Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti