"Qarabağ"ın sabiq futbolçuları bu klubda işləyəcək - FOTO

15:49 - 17 Yanvar 2024

"Qarabağ"ın sabiq futbolçusu Zekeriyye Ramadani Kosovoda çalışacaq.

Sportal.az xəbər verir ki, Ağdam klubunun veteran müdafiəçisi bu ölkənin iddialılarından olan “Drita” ilə anlaşıb.

Onun əsas köməkçisi “Qarabağ”ın digər sabiq futbolçusu Sedat Sainidir.

Onlar bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Ohod” klubunu çalışdırmışdı.

Mirbağırağa
 

Xəbər xətti