İspaniyalı forvard Turin klubuna keçir

13:49 - 24 Yanvar 2024

"Sevilya"ın forvardı Rafa Mir İtaliya klubuna keçəcək.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı forvard "Torino"ya ilə danışıqlara başlayıb. 

Turin təmsilçisi Rafaya rəsmi təklif göndərib. 2021-ci ilin yayında “Vulverhempton”dan 16 milyon avroya transfer edilən 26 yaşlı hücumçunun “Sevilya” ilə 3,5 illik müqaviləsi qüvvədədir.

26 yaşlı futbolçu “Valensiya”, “Vulverhempton”, “Las Palmas”, “Nottingem Forest”, “Hueska” klublarında çıxış edib.

Xəbər xətti