Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi

15:48 - 25 Yanvar 2024

Ukrayna Futbol Assosiasiyasının (UAF) Konqresi keçirilib.

Sportal.az xəbər verir ki, tədbir çərçivəsində qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenko təyin edilib.

Ukrayna futbol rəsmiləri UAF prezidenti postuna yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib.

"Milan"ın və "Çelsi"nin keçmiş hücumçusu Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub. Təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.

Xəbər xətti