Musa Qurbanlının komanda yoldaşı "Barselona"ya keçir

11:47 - 29 Yanvar 2024

Milli komandamızın forvardı Musa Qurbanlının formasını geyindiyi "Yurqorden"in futbolçusu Lukas Berqvall "Barselona"nın transfer siyahısında yer alıb. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.

İspaniya klubu bu transfer üçün Musanın komandasına 7 milyon avro ödəyəcək. 

Berqvall son mövsümdə "Yurqorden"in heyətində 29 matçda iştirak edib və 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti