"Qalatasaray"ı "Roma"ya dəyişdi - RƏSMİ

20:15 - 30 Yanvar 2024

İtaliyanın "Roma" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Leyptsiq"dən Anxelinyonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan sol cinah müdafiəçisi mövsümün ikinci yarısını "Roma"da keçirəcək. A Seriyası klubu istəsə, yayda 5 milyon avro ödəyərək futbolçunun transfer hüququna yiələnə bilər.

Qeyd edək ki, Anxelinyo mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirib. 27 yaşlı arxa xətt oyunçusu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti