"Qarabağ"ın Avropa Liqasında daha da irəli gedəcəyinə inam yox idi"

16:49 - 23 Fevral 2024

Rusiya millisinin sabiq futbolçusu Vladislav Radimov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın Bakıda "Braqa"ya qarşı keçirdiyi cavab oyununu (2:3, ilk oyun – 4:2) şərh edib.

Sportal.az xəbər verir ki, “Матч ТВ”yə açıqlama verən rusiyalı Ağdam klubunun uğurlu nəticəsi haqda bunları deyib:

"Qarabağ”ın daha da irəli gedəcəyinə inam yox idi. “Qarabağ” meydanda azlıqda qalanda, “Braqa” hesabda önə keçəndə isə Azərbaycan klubunun şansı yoxmuş kimi görünürdü. Amma demək olar ki, portuqaliyalılar öz səhvlərindən uduzdular. “Braqa” öz axmaqlığına görə səfərdə son nöqtəni qoya bilmədi. “Qarabağ”a isə afərin".

48 yaşlı veteran futbolçu ÇSKA(Moskva), “Krılya Sovetov”, “Saraqosa”, “Dinamo”(Moskva), “Zenit” komandalarında oynayıb. O, həmçinin Rusiya millisinin sabiq üzvüdür. Radimov “Zenit”də də məşqçi kimi fəaliyyət göstərib.

Xəbər xətti