Almaniya millisinin baş məşqçisi bu klubu çalışdıra bilər

15:17 - 29 Fevral 2024

"Borussiya"nın (Dortmund) baş məşqçi postuna daha bir namizəd bəlli olub.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Dortmund təmsilçisinin rəhbərliyi mövsümün sonunda Edin Terziçi istefaya göndərərək, onu Yulian Naqelsmannla əvəzləməyi planlaşdırır.

Belə ki, Almaniya klubunun rəhbərliyi bu mövsümkü nəticələrdən narazıdır və buna görə də, Terziçi postunda saxlamaq fikrindən daşınıb.

Onlar yeni mövsüm üçün Nuri Şahini baş məşqçi təyin etmək istəsə də, Naqelsmann variantına daha çox üstünlük veriblər. Hazırda Almaniya millisinə rəhbərlik edən 36 yaşlı mütəxəssisin Almaniya Futbol Federasiyası ilə müqavilə müddəti 2024-cü il iyulun 31-nə qədərdir. 
 

Xəbər xətti