"Fənərbaxça"nın müdafiəçisi İtaliyaya qayıdır

17:07 - 22 Mart 2024

"Fənərbaxça"nın futbolçusu Leonardo Bonuççi İtaliya A Seriyasına qayıda bilər.

Sportal.az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Cenoa" maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Cenoa" yayda Türkiyə klubu ilə müqaviləsi başa çatan təcrübəli futbolçunu azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Bonuççi özü də ölkəsinə qayıtmağa isti yanaşır.

Qeyd edək ki, Leonardo Bonuççi "Fənərbaxça"ya qışda "Yunion Berlin"dın keçib. İtaliya millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti