"Arsenal"ı "Nyukasl"a dəyişə bilər

20:51 - 2 Aprel 2024

"Arsenal"ın qapıçısı Eron Ramzdeyl mövsümün sonunda komandadan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, ingiltərəli qolkiper əsas heyətdə yerini itirdiyi üçün bu qərarı verib. 25 yaşlı futbolçu daha çox oynayacağı kluba keçmək niyyətindədir.

Ramzdeyli "Nyukasl" transfer etmək istəyir. "Sağsağanlar" yayda İngiltərə millisinin üzvü üçün London klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. O, cari mövsümdə "topçular"ın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti