"Mançester Yunayted" növbəti transferini yekunlaşdırmaq üzrədir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford"da çıxış edən Brian Mbemonun keçidini həll edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Artıq klublar arasında razılıq əöldə olunub. "Mançester Yunayted" kamerunlu vinger üçün 70 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, "Brentford" Brian Mbemonu 2019-cu ilin yayında Fransanın "Trua" klubundan transfer edib. 25 yaşlı futbolçu ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi