"Borussiya" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Çelsi"dən Karni Çukvuemekanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Borussiya" İngiltərə U-21 millisinin üzvü üçün London klubuna 24 milyon funt-sterlinq təzminat ödəyəcək. 21 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Karni Çukvuemeka ötən mövsümün ikinci yarısında icarə əsasında "Borussiya"nın formasını geyinib. O, "sarı-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi