"Qalatasaray" "Tottenhem"in futbolçusu ilə anlaşdı

18:21 - 26 Avqust 2025

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Tottenhem"də çıxış edən İv Bissumadır. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

"Sarı-qırmızılar" malili futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Qalatasaray" 28 yaşlı yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürmək üçün İngiltərə klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer edib. Mali millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti