"Real"ın yarımmüdafiəçisi Fransa klubuna keçmək istəyir

18:52 - 26 Avqust 2025

"Real"ın futbolçusu Dani Sebalyos karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Marsel" ispaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

DÇ-2026 üçün İspaniya millisnə dəvət  almağı qarşısına hədəf qoyan Sebalyos daha çox oynaya biləcəyi kluba keçmək istəyir. 29 yaşlı ooyunçu maaşı azalsa belə, "Marsel"də oynamağaa hazırdır.

Liqa 1 təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq üçün onun klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında "Betis"dən transfer edib. Futbolçu ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti