AFFA-nın "əzələ nümayişi" - Samir Abasov üçün daha bir problem

19:06 - 3 Sentyabr 2025

"Neftçi"nin başının üstünü alan "qara buludlar" çəkilmək bilmir ki, bilmir... Qapıçı səhvləri, hücumdakı bəxtsizlik, ində də Ribeyroya üç oyunluq cəza. 

"Neftçi" dünən "Turan Tovuz"la oyunda hakim qərarlarının yanlışlığı ilə bağlı video paylaşmaşdı. Türkiyəli FİFA referisi Deniz Ateş Bitnelin incələməsində təqdim olunan görüntülərdə İqor Ribeyroya verilən qırmızı vərəqənin ağır qərar olduğu bildirilir. Deniz bəy bu epizodu sarı vərəqəylə ötüşdürməyin mümkün olduğunu iddia edir. 

Həmin videoda başqa hakim xətalarından da danışılır. Amma əsas məsələ Ribeyro ilə bağlı idi. Çünki səhv qərar varsa, AFFA İntizam Komitəsi daha yüngül cəzayla narazılığı aradan qaldırmalıydı. 

Lakin AFFA tam əksini elədi. Nəinki cəza yüngülləşdirildi, hətta daha sərt oldu. Adətən belə hallarda bir və ya ikisi şərti olmaqla, üç-dörd oyunluq cəza tətbiq edilir. Amma İqor Ribeyroya şərti olmadan birbaşa üç oyunluq cəza oxundu. 

AFFA "əzələ nümayişi" sərgilədi. Sanki "Neftçi"yə etirazlarının cəzasını kəsdilər bu qərarla...

Problemləri başından aşan Samir Abasov daha bir çətinliklə üzləşib. Qələbələrə "hava-su" kimi ehtiyacı olan "Neftçi" üç oyun Ribeyrodan məhrum qaldı. 

Həmid

Xəbər xətti