"Braqa"nın futbolçusu Rojer Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Əl-İttihad" portuqaliyalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Ərəblər 19 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 30 milyoon avro və bonuslar ödəyəcək.
Qeyd edək ki, Rojer Fernandeş "Braqa"nın yetirməsidir. Portuqaliya U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi