Kipr klubu "Qarabağ"ın legionerindən əl çəkmir - onun üçün qışda təklif irəli sürəcəklər 

14:22 - 19 Oktyabr 2025

“Qarabağ”ın futbolçusu Emmanuel Addaini hazırda israrla istəyən komanda APOEL-dir.

Sportal.az saytına verilən məlumata görə, hələ mövsümün əvvəlində Addaini transfer etmək istəyən Kipr klubu onun Çempionlar Liqasındakı performansından sonra fikrində daha da qətiləşib.

Nikosiya təmsilçisi 24 yaşlı vingeri qışda heyətinə qatmaqda israrlıdır. APOEL qanalı üçün “Qarabağ”a rəsmi təklif göndərəcək və istədiyi təzminatı ödəyəcək. 

Addainin Azərbaycan çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Qeyd edək ki, Emmanuel “Bamako”(Mali), “Bobiqni”(Fransa), “Alkorkon”(İspaniya) klublarında oynayıb.
 

Xəbər xətti