Misli Premyer Liqasında 8-ci turun "İmişli" - "Qəbələ" matçında maraqlı hadisə yaşanıb. Qarşılaşmanın 59-cu dəqiqəsində "İmişli"nin müdafiəçisi Ronaldo de Souza əli ilə rəqib hücumunun qarşısını alıb.
"Qəbələ"nin futbolçusunun qapıçı ilə təkbətək çıxacağını nəzərə alsaq, Ronaldonun qırmızı vərəqə ilə cəzalandırılacağı gözlənilirdi. Amma nə baş hakim İnqilab Məmmədov, nə də VAR hakimi Tural Qurbanov burada vərəqəlik heç nə görməyib. Nəinki qırmızı vərəqə, heç sarı vərəqə də göstərilməyib. Halbuki buna qədər sarı vərəqəsi olan Ronaldo ikinci "sarı" ilə də qovula bilərdi.
Maraqlısı odur ki, İnqilab Məmmədov bu epizodda cərimə zərbəsi təyin edib. Amma təhlükəli hücumun əllə qarşısının alınmasını görməyib, qeydə almayıb.
Həmin epizodun videosunu da təqdim edirik.
saytlarin hazirlanmasi