Konte "Qarabağ"ı sürpriz komanda adlandırdı: "Yeni çətinliyə hazırlaşmalıyıq"

12:34 - 23 Noyabr 2025

“Napoli”nin baş məşqçisi Antoni Konte A Seriyasının 12-ci turunda "Atalanta" üzərində (3:1) hesablı qələbəsini şərh edib.

Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb:

"İndi bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası olan "Qarabağ"la oyun gözləyir. Özümüzə gəlməli və yeni bir çətinliyə hazırlaşmalıyıq”.

“Atalanta” üzərində qələbə qazanan "Napoli" turnir cədvəlinin zirvəsinə qayıdıb.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da Dieqo Armando Maradona stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbər xətti