Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Marselo Brozoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Beşiktaş”ın maraq dairəsindədir.
Hazırda İstanbul təmsilçisinin rəsmiləri xorvatın meneceri ilə danışıqlara start verib.
Brozoviç özü də “Beşiktaş”da oynamağa razıdır. Təcrübəli futbolçunun “Əl-Nəsr”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Amma ərəblər də ona yeni müqavilə təklif edib.
Marselo karyerası ərzində “Draqovlyaç”, “Lokomotika”, “Dinamo”(Zaqreb), “İnter” klublarında oynayıb.
