"Napoli"nin futbolçusu Skott Maktominey Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Neapolda "Qarabağ" üzərində 2:0 hesablı qələbəsini şərh edib.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, şotlandiyalı futbolçu Ağdam klubu ilə görüşdəki qalibiyyət haqda bunları deyib:
“Oyunun ilk dəqiqələri çətin keçdi, çoxlu səhv etdik, amma belə də olur. İkinci hissədə daha yaxşı oynadıq və daha çox qol vurmalı idik. Bu gün üç vacib xal qazandıq”.
saytlarin hazirlanmasi
