"Qalib gəldiyimiz üçün xoşbəxtik" - "Napoli"nin kapitanı

15:29 - 26 Noyabr 2025

"Napoli" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunda doğma meydanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, İtaliya çempionunun kapitanı Covanni Di Lorentso oyundan sonra açıqlama verib. 32 yaşlı sağ cinah müdafiəçisi qələbəyə görə xoşbəxt olduqlarını bildirib:

"Biz doğru siqnallar verməli idik, xüsusilə də özümüzə. Çətin həftələr yaşamışdıq. Lakin bizə ünvanlanan bütün suallara iki vacib cavab verdik. Çempionlar Liqasında yenidən qələbə qazanmaq, bu qələbə hesabına xallarımızı artırmaq istəyirdik. Xüsusən də Maradonanın ölümünün ildönümüdür. Nəticə etibarilə bu, möhtəşəm gecə oldu. Qalib gəldiyimiz üçün xoşbəxtik. Son günlərdə artıq paltardəyişmə otağında fərqli bir atmosfer hiss olunurdu və bu, meydanda da görünürdü. Bir-birimizlə çox danışdıq. Yenidən bir araya gəlməyimiz lazım idi. Çünki son həftələr ən yaxşı formamızda deyildik. Komandada birlik olmazsa, bu çətin zamanlardan çıxa bilməzsən".

Xəbər xətti