Neymar ilin son oyunlarında iştirak etməyəcək

15:50 - 26 Noyabr 2025

"Santos"da çıxış edən Neymar yenidən zədələnib.

Sportal.az xəbər verir ki, braziliyalı vinger dizindən zədə alıb. Bu barədə "Globo" nəşri məlumat yayıb.

Neymar 2025-ci il başa çatana kimi meydana çıxa bilməyəcək. 32 yaşlı futbolçu Liqada qalmaq uğrunda mübarizə aparan komandasının mövsümün son 3 oyununda iştiraak etməyəcək.

Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun Braziliya klubu ilə müqaviləsi 31 dekabr tarixində başa çatır.

Xəbər xətti