Kevin Medinanın durumuna aydınlıq gəldi

18:27 - 26 Noyabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun "Napoli" ilə səfərf matçında zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bugün aparılan müayinələr nəticəsində kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib.

Komanda sabah istirahət edəcək. 32 yaşlı futbolçunun birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir.

Qeyd edək ki, "Napoli" ilə oyunda rəqib zərbəsindən sonra top Kevin Medinanın başına dəyib. Təcrübəli oyunçu həkimlərin müdaxiləsindən sonra bir neçə dəqiqə oyunu davam etdirə bilib. O, 60-cı dəqiqədə əvəzlənib.

Xəbər xətti