Uşaqlıq dostları transferdə rəqib oldular

19:52 - 26 Noyabr 2025

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İspaniya futbolunun gənc istedadlarından biri olan Rodriqo Mendosonu transfer etmək üçün uşaqlıq dostu Xabi Alonso ilə rəqabət aparmağa hazırdır.

Sportal.az xəbər verir ki, “Elçe”nin yarımmüdafiəçisi ölkəsində oyun görüşü və texnikasına görə “yeni Pedri” adlandırılır. 20 yaşlı futbolçu bir neçə Avropa nəhənginin prioritet transfer hədəfinə çevrilib. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Xabi Alonso “Real”ı gənc oyunçunu transfer etməyə aktiv şəkildə təşviq edir. Lakin “Arsenal” onu rəqiblərdən əvvəl əldə etmək niyyətindədir. Mendosanın “Elçe” ilə müqaviləsində 20 milyon avro dəyərində sərbəstqalma maddəsi var.

Qeyd edək ki, İspaniya U-21 millisinin üzvü olan Rodriqo Mendosa bu mövsüm "Elçe"nin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti