“Real”ın baş məşqçisi Xabi Alonso cinah hücumçusu Vinisius Juniorla münasibətlərindən danışıb.
Sportal.az xəbər verir ki, Alonso TNT Sports Brasil-ə açıqlamasında bunları qeyd edib:
"Vinisiusla münasibətlərimiz çox yaxşıdır. Vinisius əsas oyunçu sayılır və aramızda qarşılıqlı etimad var.
Biz oyunlardan əvvəl danışırıq. O, mənim nə düşündüyümü bilir, mən də onun nə düşündüyünü... Bu, qərarları birlikdə qəbul etməyin ən yaxşı yoludur."
saytlarin hazirlanmasi
