Son 4 ildə oyunçuların satılmasından ən yüksək gəliri əldə edən klublar - siyahı

00:35 - 27 Noyabr 2025

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) oyunçuların satılmasından əldə olunan gəlirə görə klubların reytinqini tərtib edib.

Sportal.az xəbər verir ki, siyahı 2021-ci ilin yanvarından etibarən olan dövrü əhatə edir. Reytinq hazırlanarkən yalnız peşəkar statusunda klublara qoşulub daha sonra daimi transferlə digər komandaya keçən oyunçular nəzərə alınıb.

Ən çox gəlir "Ayntraxt" klubuna məxsus olub. Top-10 belədir:

1. "Ayntraxt" – +286 milyon avro

2. "Brayton" – +221 milyon avro

3. "Ştutqart" – +178 milyon avro

4. "Atalanta" – +150 milyon avro

5. "Benfika" – +147 milyon avro

6. "Lans" – +134 milyon avro

7. "Udineze" – +128 milyon avro
8-9. "Yunion" – +113 milyon avro
8-9. "Leççe" – +113 milyon avro

10 "Lill" – +112 milyon avro

Xəbər xətti