"Portu"nun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisinin hücumçusu Lyuk de Yonq sıradan çıxıb.
Niderlandlı hücumçunun dizinin ön çarpaz bağları qopub. De Yonq təxminən 9 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə 35 yaşlı forvard üçün mövsümün erkən başa çatması deməkdir.
Qeyd edək ki, Lyuk de Yonq mövsümün əvvəlində "Portu"da çıxış edir. Niderland millisinin üzvü "əjdahalar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
