"Qalatasaray"da ciddi itki

11:17 - 10 Dekabr 2025

"Qalatasaray" ciddi itki ilə üzləşib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin qolkiperi Uğurcan Çakır zədələnib.

O, Çempionlar Liqasında "Monako" ilə görüşün gedişində (0:1) zədələnərək sıradan çıxıb.

Çakırın bir aya yaxın yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

Qolkiper Türkiyə Superliqasında dekabrın 13-də "Antalyaspor"a qarşı keçiriləcək matçda meydana çıxmayacaq.

Xəbər xətti