2030-cu il dünya çempionatının finalı Madriddə keçirilə bilər

23:50 - 17 Dekabr 2025

2030-cu dünya çempionatının finalı "Santiago Bernabeu"da keçirilə bilər.

Sportal.az "AS"a stinadən  xəbər verir ki, matçın "Real"ın stadionunda keçirilməsi qərarı klub prezidenti Florentino Peres ilə FİFA prezidenti Canni İnfantino arasındakı möhkəm münasibətlərlə əlaqələndirilir. Madriddə ikinci Dünya Çempionatının finalının keçirilməsi fikri, 1982-ci ildən 48 il sonra baş tutacaq final üçün də müzakirə olunur.

FİFA 2026-cı ilin yayına qədər İspaniya, Mərakeş və Portuqaliyanın birgə təşkil edəcəyi Dünya Çempionatının son formatı barədə qərar verməyəcək. Son təşkilatçı şəhərlərin siyahısı isə 2026-cı ilin son aylarında açıqlanacaq. Lakin FİFA İspaniyanı layihənin əsas dayağı hesab edir, çünki ölkə ilkin liderlik rolu, təqdim edəcəyi arenaların sayı və dünya futbolundakı mövqeyi ilə seçilir.

Xəbər xətti