İtaliya çempionu "Samsunspor"un forvardını istəyir

12:47 - 25 Dekabr 2025

"Samsunspor"un hücumçusu karyerasını “Napoli”də davam etdirə bilər.

Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, Neapol təmsilçisi Türkiyə klubunun forvardı Marius Mundilmaci ilə yaxından maraqlanır. 

“Napoli” Çad millisinin futbolçusunun keçidini mövsümün sonunda reallaşdırmaq niyyətindədir. “Samsunspor” isə forvardı üçün 8 milyon avro təzminat tələb edəcək. “Qazelle”,“Koton Sport”, “Porto”, “Aveş”, “Serainq” klublarında oynamış hücumçu 2023-cü ildən Türkiyə klubunun formasını geyinir.

Onun Qaradəniz təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti