"Şamaxı"nın legioneri Tunisə qarşı oynadı, komandası pley-offa vəsiqə qazandı - VİDEO

11:36 - 31 Dekabr 2025

Tanzaniya milli komandası Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda pley-offa yüksəlməyi bacarıb.

Sportal.az xəbər verir ki, "Şamaxı"nın legioneri Alfons Msanqanın şərəfini qoruduğu yığma qrupdakı 3-cü turda Tunislə 1:1 oynayıb. 

Bunun sayəsində Msanqanın komandası ən yaxşı 3-cü kimi pley-off mərhələsinə vəsiqə qazanıb. 

Qeyd edək ki, "Şamaxı"nın futbolçusu Nigeriya, Uqanda və Tunislə görüşlərdə meydana start heyətində çıxıb, sona qədər də oynayıb.

Tanzaniya pley-offda ev sahibi Mərakeşlə qarşılaşacaq. Görüş yanvarın 4-də keçiriləcək. 

Xəbər xətti