"Hoffenhaym"də çıxış edən Umut Tohumcu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" türk əsilli almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumatt yayıb.
"Sarı-qırmızılar" Tohumcunu 5 milyon avroluq məcburi olmayan satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. İstanbul nəhəngi 21 yaşlı yarımmüdafiəçi üçün onun klubuna rəsmi təklif göndərib.
Qeyd edək ki, Umut Tohumcu "Hoffenhaym"ın yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
