"Yuventus" sabiq futbolçusunu qaytarmaq istəyir

19:10 - 31 Dekabr 2025

“Yuventus” qış transfer pəncərəsi zamanı “Liverpul”un futbolçusu Federiko Kyezanı geri qaytarmaq imkanını araşdırır.

Sportal.az xəbər verir ki, Turin klubu mövsümün ikinci yarısında hücum xəttini gücləndirmək məqsədilə mersisaydlıların 28 yaşlı vingerini icarəyə götürmək variantını təhlil edir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İtaliya klubunun rəhbərliyi yanvar ayı üçün əsas prioritetlər kimi yarımmüdafiənin, sağ cinahın və hücum xəttinin gücləndirilməsini müəyyənləşdirib. Buna görə də klubun tələblərinə bələd olan və daha əvvəl baş məşqçi Luçano Spalletti ilə çalışmış Kyezanın mümkün qayıdışı gündəmdədir.

Qeyd edək ki, "Liverpul" Federiko Kyezanı 2024-cü ilin yayında "Yuventus"dan 12 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti