Mərakeş millisinin üzvü 2030-cu ilə qədər "Real"da oynayacaq

12:36 - 1 Yanvar 2026

“Real” Brahim Diazı buraxmayıb.

Sportal.az “Cadena SER”ə istinadən xəbər verir ki, “kral klubu” bir çox klubdan təklif alan Diaza yeni müqavilə təklif edib.

Tərəflər arasında razılıq da əldə edilib. O, 2030-cu il iyunun 30-na qədər “Real”da qalıb. 26 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2027-ci il iyunun 30-na kimi idi.

Mərakeş millisinin zvü “Mançester Siti” və “Milan”da da oynayıb.

Xəbər xətti