"Sabah"ın prezidenti Maluda barədə: "Onu transfer etmək hüquqlarımız var"

13:31 - 2 Yanvar 2026

Qış çempionluğu yaşayan "Sabah"ın heyətində ən yaxşılardan biri də Aaron Maludadır. Lakin gənc futbolçu "Sabah"da icarə əsasında çıxış edir. Onu Fransanın "Lill" klubundan bir illik icarəyə götürüblər.

Sportal.az xəbər verir ki, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov gənc futbolçunun gələcəyi ilə bağlı mühüm açıqlama verib. O, futbolpress.az saytına müsahibəsində bu məsələ barədə danışıb:

"Maludanı icarə əsasında götürmüşük. Bizim onu transfer etmək hüquqlarımız var. Özü də bizdə qalmaq istəyir, burda xoşbəxtdir. Qərar üçün hələ kifayət qədər vaxt var. Yenə də özünü göstərməlidir. Konkret nəsə demək çox tezdir. Onun gəlişini də skautların uğurlu işinə bağlayıram. Digər oyunçular kimi, çox videogörüntüləri yox idi, sırf skautinq təcrübəsinə əsaslanaraq götürdüyümüz oyunçudur.

Gələndə bilirdik ki, Mikelsin mövqeyində oynayır. İndi elə şərait yaradıldı ki, Mikels hücumçu kimi oynadı, Maluda da cinahda özünü göstərməyə şans qazandı".

Qeyd edək ki, Aaron Maluda Fransanın U-19 millisinin üzvü olub. 

Xəbər xətti