"Real”ın baş məşqçisi Alvaro Arbeloa komandadakı atmosfer haqda danışıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir k, Arbeloa “kral klubu”nun son matçlardakı uğursuzluğunu da şərh edib:
“Başa düşürəm ki, iki məğlubiyyətdən sonra atmosfer o qədər də yaxşı olmaya bilər. Amma La Liqanın sonuna hələ çox oyun olduğunu da yaxşı bilirik. Hər matçda üç xal qazanmaq və qalib gəlmək üçün mübarizə aparacağıq.
Əhəmiyyətli olan uğursuzluğu izah etmək deyil, qalib gəlməkdir. Məğlubiyyəti izah etməyin mənası yoxdur. “Real”da vacib olan yeganə məsələ növbəti matçda qalib gəlməkdir. Əlbəttə ki, öyrənmək barədə danışa bilərəm, amma dediyim kimi, bu, çox faydalı olmazdı. Komandanın daha yaxşı oynaya biləcəyini yaxşı bilirəm, əla heyətimiz var”.
“Real” bu gün İspaniya La Liqasının 27-ci turunda “Selta” ilə qarşılaşacaq. Madrid təmsilçisi La Liqanın əvvəlki iki oyununda - "Osasuna" (1:2) və "Xetafe"yə (0:1) uduzub.
