Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-dan əvvəl zədələnib.
Sportal.az xəbər verir ki, argentinalı “İnter Mayami”nin “Filadelfiya Yunion”la son görüşdə zədələndiyi üçün 73-cü dəqiqədə meydanı tərk edib.
MLS klubunun tibbi heyətinin bu gün argentinalı hücumçunun vəziyyətini qiymətləndirəcəyi və zədənin nə dərəcədə ciddi olub-olmadığı müəyyən ediləcək.
Argentina millisi DÇ-2026-da ilk oyununu iyunun 17-də Əlcəzairə qarşı keçirəcək.
