Premyer Liqanın bombardiri mükafatlandırıldı - FOTO

15:28 - 25 May 2026

Futbol üzrə Misli Premyer Liqasında 2025/26 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

“Sabah” futbol klubunun hücumçusu Coy Lens Mikels 19 qolla Premyer Liqada mövsümün ən sərrast futbolçusu seçilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.


Xəbər xətti