"Sabah" qazaxıstanlı qapıçı ilə müqavilə imzaladı - VİDEO

19:30 - 26 May 2026

“Sabah” qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Xəbər xətti