2026/2027 mövsümündə I Liqada çıxış edəcək sonuncu komanda da bəlli oldu

18:18 - 27 May 2026

Azərbaycan I Liqasında pley-off matçı keçirilib.

Sportal.az xəbər verir ki, I Liqanı 9-cu pillədə başa vurmuş "Şimal" II Liqanı 2-ci sırada tamamlamış "Qaradağ Lökbatan"la qarşılaşıb.

Matç Xaçmaz təmsilçisinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Beləliklə, yeni mövsümdən I Liqada iştirak edəcək komanda "Şimal" olacaq. 

I Liqa, pley-off

27 may

"Şimal" - "Qaradağ Lökbatan" 2:1

Xəbər xətti