Azərbaycan milli komandasının və Niderlandın “Volendam” klubunun yarımmüdafiəçisi Ozancan Kökçünün transfer dəyəri azalıb.
Sportal.az xəbər verir ki, Almaniyanın "Transfermarkt" portalının son yeniləməsinə görə, 27 yaşlı futbolçunun qiyməti 450.000 avrodan 375.000 avroya (təxminən 740.000 manat) düşüb.
Kökçünün “Volendam”la müqavilə müddəti qarşıdakı ayın sonunda başa çatır. Klub onunla müqavilə müddətini bir illik artırmaq haqqına sahibdir. O, karyerası ərzində “Bursaspor”, “Roda”, “Giresunspor”, “Sabah”, “Telstar”, “Eyndhoven”, “Helsinki” klublarında oynayıb.
Qeyd edək ki, "Volendam" yeni mövsümdən aşağı liqada mübarizə aparacaq.
saytlarin hazirlanmasi
