"Arsenal"ın müdafiəçisi "Real"ın hədəfində

18:55 - 3 İyun 2026

"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Ramon Alvares məlumat yayıb.

Madrid təmsilçisinin baş məşqçisi təyin olunacağı gözlənilən Joze Mourinyo Kalafiorini komandada görmək istəyir.

Qeyd edək ki, "Arsenal" Rikkardo Kalafiorini 2024-cü ilin yayında "Bolonya"dan 43 milyon avroya transfer edib. İtaliya millisinin üzvü olan 24 yaşlı sol cinah müdafiəçisi 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti