"Yuventus" Miçel Di Qreqorionun qeyri-sabit çıxışlarından sonra bu yay yeni qapıçı transfer etmək qərarına gəlib.
Sportal.az xəbər verir ki, Turin klubunun əsas hədəfi Mayk Maynyandır. Namizədlər siyahısında həmçinin "Tottenhem"də çıxış edən Quqlielmo Viçario da yer alır.
Məlumata görə, “Yuventus” ilə Maynyan arasında artıq ilkin təmaslar və müzakirələr baş tutub. Bununla belə, klub bu transferin kifayət qədər çətin olacağını anlayır.
Transferin reallaşıb-reallaşmayacağı böyük ölçüdə "Milan"ın yeni rəhbərliyinin mövqeyindən və klub layihəsinin gələcək inkişafından asılı olacaq.
saytlarin hazirlanmasi
