"Bu matçı heç vaxt yenidən izləməmişəm, çünki köhnə xatirələri və ya "cinləri" oyada bilərəm" - Mbappe

23:46 - 6 İyun 2026

Kilian Mbappe 2022-ci il dünya çempionatının Argentina ilə final oyununu niyə bir daha izləmədiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, ulduz futbolçu "Sorare"yə müsahibəsində bunları qeyd edib:

“Bütün dövrlərin ən möhtəşəm finalı? Düşünürəm ki, gərginlik, ssenari və hadisələrin sayı baxımından ona bərabər başqa oyun yoxdur. Hər şey penaltilər seriyası ilə yekunlaşdı. Bu isə istənilən futbolçu üçün ən amansız sonluqdur.

Ortada ya Lionel Messinin ilk dünya kuboku, ya da Fransanın ardıcıl ikinci dünya çempionluğu var idi. Hər iki halda bu, tarixi qarşılaşma idi.

Onu yenidən izləmişəm? Heç vaxt! Düşünürəm ki, bunu etsəm, hansısa köhnə "cinləri" oyada bilərəm”.

Xatırladaq ki, 2022 dünya çempionatının finalında Argentina və Fransa arasında keçirilən oyun 3:3 hesabı ilə başa çatmış, penaltilər seriyasında Argentina qalib gələrək dünya çempionu olmuşdu. Mbappe həmin finalda het-trik müəllifi olmuşdu.

Xəbər xətti